AZE | RUS | ENG

Xəbərlər

Mayın 24-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclasında AMEA-nın m/ü., k.ü.e.d., professor Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib.

 

AMEA-nın m/ü., k.ü.e.d., professor Bəxtiyar Məmmədov yüksəkmolekullu birləşmələr sahəsində respublikanın tanınmış alimlərdən biridir. O, 1951-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-1974-cü illərdə zabit kimi ordu sıralarında hərbi xidmətdə olmuşdur. Bəxtiyar Məmmədov əmək fəaliyyətinə 1974-cü ildən Sumqayıt Kimya Sənaye Birliyində başlamışdır. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olmuş, 1978-ci ildən AMEA Polimer Materialları İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifələrində işləmiş və 1980-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda “p-Benzoxinonun qələvi iştirakında anion polimerləşməsi prosesinin və məhsullarının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bəxtiyar Məmmədov 1991-ci ildən laboratoriya müdiri vəzifəsində çalışır. 1994-cü ildə Bəxtiyar Məmmədov “Makroaroksil radikalları. Sintez qanunauyğunluqları, quruluşu, xassələri və istifadə yolları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 2010-cu ildə professor elmi adı almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.  

Bəxtiyar Məmmədovun elmi yaradıcılığında xinonların termiki, kation və anion polimerləşməsi və bir sıra vinil monomerləri ilə birgəpolimerləşməsi, fenolların, difenolların, naftolların və aromatik aminlərin oksidləşmə homo- və birgəpolikondensləşməsi reaksiyalarının kinetik qanunauyğunluqlarının və məhsullarının tədqiqi, bu reaksiyaların elmi əsaslarının işlənib hazırlanması və mexanizminin müəyyən olunması, aromatik qoşulmuş əlaqələr sistemli polifunksional reaksiyayaqabil yüksəkmolekullu birləşmələr kimyasının inkişaf etdirilməsi əsas yer tutur. Alim tərəfindən sintez olunmuş oksiarilen manqaları saxlayan homo- və birgəoliqomerlərin oksidləşmə reaksiyaları da geniş tədqiq olunmuş və stabil makroaroksil radikallarının alınmasının sadə və səmərəli üsulları yaradılmışdır. Makroaroksil radikallarının paramaqnit və elektrikkeçirmə xassələri arasında asılılıq aşkar edilmişdir. Göstərilmişdir ki, bu sistemlərdə radikal mərkəzlərin qatılığı Fermi səviyyəsi yaxınlığında lokallaşmış yükdaşıyıcı mərkəzlərin miqdarını müəyyən edir.

Bəxtiyar Məmmədov sənaye istehsalı olan termoplastların, termoelastomerlərin, qatranların və elastomerlərin kimyəvi modifikasıyası və kompozisiyalarının, o cümlədən nanokompozisiyalarının alınması sahəsində də tədqiqatlar aparmış, yeni yüksək istiliyə davamlılıq, mexaniki möhkəmlik və antistatik göstəricilərə malik polimer materialların səmərəli alınma üsullarını işləyib hazırlamışdır. Hal-hazırda tərkibində həm amin, həm də hidroksil qrupları saxlayan qoşulmuş əlaqələr sistemli polifunksional oliqooksidarilenlərin, oliqoaminooksiarilenlərin yeni nümayəndələrinin alınması, tərkibinin, quruluşunun, xassələrinin və tətbiq imkanlarının müəyyən edilməsi, belə tip oliqomerlərin və sənaye polmerlərinin əsasında yüksək istismar göstəricilərinə malik kompozisiyaların, o cümlədən nanokompo­zisiyaların yaradılması istiqamə­tində elmi tədqiqat işlərini davam etdirir.

Tanınmış alimin elmi yaradıcılığının nəticələri 281 elmi əsərdə, o cümlədən 12 ixtirada öz əksini tapmışdır. Onun əsərləri keçmiş İttifaqda, İngiltərədə, İslandiyada, Almaniyada, İsraildə, Türkiyədə, İtaliyada, Ukraynada, Gürcüstanda, Rusiya Federasiyasında və Belarusda nəşr olunan nüfuzlu elmi jurnallarda, bu ölkələrdə keçirilən Beynəlxalq konfransların və simpoziumların materiallarında nəşr edilmişdir.

Alim 2012-ci ildə ABŞ-ın Thomson Reuters Araşdırma Mərkəzinin və Azərbaycan İnformasiya və Texnologiyalar Nazirliyinin birlikdə apardıqları araşdırmalar nəticəsində 20 ildə elmi əsərlərinə nüfuzlu elmi jurnallarda və monoqrafiyalarda edilən istinadlara görə Thomson Reuters Mərkəzinin Fəxri Fərmanı və mükafatına, 2015-ci ildə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yüksəkmolekullu birləşmələr kimyası, sənaye istehsalı olan termoplastların tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin neft-kimya tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına, 2016-cı ildə kimya elmi sahəsində uzunmüddətli elmi nailiyyətləri və səmərəli fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, Heydər Əliyev ideyalarının həyata keçməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” Ali media mükafatına, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə "Parlamentinsəsi.tv internet televiziyası" tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsəsan "Şərəfli Ömür" fəxri diplomuna layiq görülüb.

Bəxtiyar Məmmədov Ukrayna Elm və Teхnоlоgiya Mərkəzi, BMEA-nın Metalpolimer Sistemlərin  Mexanikası İnstitutu ilə birgə elmi layihələrin və SOCAR-ın “Elm Fondu”nun qrant layihəsinin yerinə yetirilməsində iştirak etmişdir.

Bəxtiyar Məmmədovun fəaliyyətində elmi kadrların hazırlanması xüsusi yer tutur. Onun rəhbərliyi altında 9 kimya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Hal-hazırda Bəxtiyar Məmmədov 5 doktorantın elmi rəhbəridir. Bəxtiyar Məmmədovun və onun rəhbərlik etdiyi məktəbin əsas elmi istiqaməti qoşulmuş əlaqələr sistemli polifunksioanal yeni bio- və elektroaktiv oliqo- və birgəoliqomerlərin sintezi, sənaye polimerlərinin modifikasiyası və kompleks dəyərli xassələrə malik materialların, o cümlədən elektrotexnika və mikroelektronikada istifadə olunan çoxlaylı polimer dielektriklərin, bioaktiv və elektrikkeçirici polimer kompozisiyaların yaradılmasından ibarətdir.

Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun Elmi Şurasının və eyni zamanda “Kimya üzrə Problem Şurasının” üzvüdür. “Azərbaycan kimya jurnalı”nın Redaksiya Heyətinin üzvüdür. O, 1996-2014-cü illərdə AMEA Kimya Problemləri İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuş, 2015-ci ildən AMEA Polimer Materialları İnstitutu nəzdində yaradılmış kimya üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən D.01.251 Dissertasiya Şurasının sədridir.

 

 

 
Xəbər lenti
 

12.10.2012
Thomson Reuters Şirkəti innovasiyalara yol açır

01.11.2012 12:11 PM
"Monomerlərin və polimerlərin müasir problemləri"-nə həsr olunmuş konfrans başlandı

30.11.2012 12:11 PM

Beynəlxalq Polimer Kompozitlər Simpoziumu

11.02.2013 2:27 PM

Azərbaycan elminə ağır itgi üz vermişdir

22.04.2013 12:34 PM

İməcilik keçirilmişdir

29.04.2013 1:10 PM

AMEA-nın yeni Prezidentinə təbrik

29.04.2013 12:43 PM

İməcilik

02.05.2013 4:01 PM

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir

03.05.2013 4:04 PM

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir və sərgi

03.05.2013 4:06 PM

Gənclər arasında idman yarışları

27.05.2013 12:26 PM

Əsas vəsaitlərinin siyahısı – 2013

31.05.2013 10:17 AM

Yarışın nəticələri

21.06.2013 10:23 AM

AMEA-nın Akademiki A.A.Əfəndiyevin 75 illik yubileyinə həsr olunmuş konfrans

28.06.2013 4:31 PM

Konfrans barədə məlumat

01.07.2013 2:49 PM

Konfransın 2-ci günü

03.07.2013 1:10 PM

“Akademik Ayaz Əfəndiyev” adlı kitab nəşr olunmuşdur

12.07.2013 4:33 PM

Elmi əməkdaşlıq

15.07.2013 9:48 AM

Hesabat yığıncağı

16.07.2013 9:55 AM

3-cü Beynəlxalq seminar keçirilmişdir (Türkiyə)

10.09.2013 11:03 AM

3-cü Qafqaz Beynəlxalq Simpozium

02.10.2013 2:54 PM

"Qadın və inkişaf"mövzusunda konfrans

15.11.2013 3:58 PM

Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı

28.12.2013 1:04 PM

AMEA-nın Gənc alim və mütəxəssislər şurasının təsis konfransı keçirildi

12.12.2017 3:52 PM

20 Yanvar - Anım günü

12.12.2017 3:52 PM

Şərəfli alim ömrü

31.01.2014 2:14 PM

Gənclər günü münasibəti ilə tədbir

17.02.2014 10:46 AM

İnstitutda iməcilik keçirilmişdir

21.02.2014 10:21 AM

Ağır itki

21.02.2014 1:32 PM

AMEA-nın PMİ-də işçilərin attestasiyasının keçirilməsinə başlanılmışdır

24.02.2014 11:42 AM

Təbrik

26.02.2014 3:02 PM

AMEA-nın presidenti A.Əlizadənin “İstiqlal” ordeni ilə təltif olunması

26.02.2014 3:30 PM

İnstitutumuzda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

23.04.2014 12:33 PM

“Gənc alim və mütəxəssislər şurası”nın iclası

23.04.2014 3:12 PM

Əməkdaşlıq

29.04.2014 2:42 PM

Elmi-texniki proqramın tərtibi

07.05.2014 12:47 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ

22.05.2014 1:17 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 2

30.05.2014 10:20 AM

AMEA-ın Polimer Materialları İnstitutunda İnstitutun perspektivlərinin müəyyənləşdirilməsinə həsr olunmuş müşavirə

30.05.2014 11:43 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 3

02.06.2014 4:27 PM

PMİ-də BDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının filialı

09.06.2014 3:38 PM

Polimer Materialları İnstitutunda işçi qrupların görüşü

09.06.2014 3:43 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 4

17.06.2014 2:31 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 5

23.06.2014 4:10 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 6

02.07.2014 10:39 AM

AMEA-da seçkilər

03.07.2014 9:33 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 7

12.12.2017 3:52 PM

“Gənclərin Fəzavi Təfəkkürünü İnkişaf  Etdirən İntellektual Elmi Mərkəz”-in məlumatı

09.07.2014 10:56 AM

Ən yaxşı məruzə

09.07.2014 4:14 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 8

17.07.2014 3:43 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 9

23.07.2014 9:41 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 10

01.08.2014 9:32 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 11

15.09.2014 2:53 PM

AMEA PMİ-də Elmi Şuranın növbəti iclası keçirilmişdir

15.10.2014 11:43 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 12

31.10.2014 1:45 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 13

09.02.2015 4:02 PM

Treninq

26.02.2015 3:11 PM

Polimer Materialları İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

04.03.2015 2:55 PM

AMEA Polimer Materialları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir

06.03.2015 12:10 PM

Polimer Materialları İnstitutunda seminar keçirildi

10.04.2015 4:49 PM

Polimer Materialları İnstitutunda seminar keçirildi

07.05.2015 9:23 AM

Polimer Materialları İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümnə  həsr olunmuş  tədbir keçiriləcək

08.05.2015 9:45 AM

Polimer Materialları İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümnə  həsr olunmuş  tədbir keçirildi

08.05.2015 10:17 AM

D01.251 Dissertasiya Şurasının yaradılması

20.05.2015 11:56 AM

Polimer Materialları İnstitutunda növbəti elmi seminar

22.05.2015 10:06 AM

Polimer Materialları İnstitutunda növbəti elmi seminar keçirildi

08.06.2015 3:36 PM

Elmi ezamiyyət

10.06.2015 2:20 PM

AMEA PMİ-nin rəhbər heyətin mülki müdafiə məşqi

30.06.2015 2:20 PM

Dissertasiya Şurasının iclası

30.06.2015 3:44 PM

“Polikomtrib-2015” Beynəlxalq Elmi Konfransı

10.07.2015 3:47 PM

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov qızıl medalla təltif edildi

02.11.15 10:29 AM

Polimer Materialları İnstitutunun gənc elmi işçisi Beynəlxalq Konqresdə iştirak etmişdir

03.11.2015 11:05 AM

Polimer Materiallar İnstitutunda AMEA-nın 70 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik” mövzusunda  elmi seminar keçirildi

11.11.2015 11:17 AM

AMEA PMİ-də Elmi Şuranın növbəti iclası keçirilmişdir

23.11.2015 11:27 AM

“Əqli Mülkiyyətin Mühafizəsi” mövzusunda seminar

25.11.2015 11:32 AM

Polimer Materialları İnstitutunda növbəti elmi seminar keçirildi

01.12.2015 11:36 AM

Polimer Materialları İnstitutunda illik hesabatlar keçirilir

02.12.2015 1:00 PM

Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsi davam etdirilir

03.12.2015 1:03 PM

Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsi davam etdirilir

04.12.2015 1:04 PM

Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsi davam etdirilir

04.12.2015 2:05 PM

AMEA Polimer Materialları İnstitutuvakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

07.12.2015 1:05 PM

Hesabatlar davam edir

08.12.2015 11:52 AM

AMEA Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirildi

08.12.2015 2:29 PM

Hesabatlar davam edir

09.12.2015 2:35 PM

Hesabatlar davam edir

09.12.2015 3:16 PM

Məktəblilər AMEA-nın yubileyinə həsr edilən sərgi ilə tanış olublar

11.12.2015 12:33 PM

Akademik Akif Əzizov orta məktəb şagirdlərinə dərs keçib

30.12.2015 1:00 PM

AMEA Polimer Materialları İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin  əməkdaşının elmi məruzəsi dinlənildi

19.01.2016 1:40 PM

Qanlı yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

04.02.2016 1:55 PM

Polimer Materialları İnstitutunun elmi işçisi “İlin gənc ixtiraçı alimi” Fəxri Fərmanı ilə təltif edilib

17.02.2016 1:23 PM

Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib

29.02.2016 2:41 PM

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

01.03.2016 2:42 PM

Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi

09.03.2016 2:11 PM

AMEA Polimer Materialları İnstitutunun elmi katibi k.ü.f.d.  Solmaz Rzayeva  Fəxri Fərmanla təltif olundu

20.05.2016 2:49 PM

AMEA PMİ laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə Biologiya və Tibb Elmləri Bölməsinin büro iclasında məruzə ilə çıxış etdi

03.06.2016 3:50 PM

AMEA Polimer Materialları İnstitutunda doktorant və dissertantların doktorluq imtahanı keçirildi

24.06.2016 9:36 AM

İnstitut əməkdaşının oğlu çempion oldu

 

01.07.2016 11:52 AM

AMEA Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub

 

04.07.2016 12:02 PM

AMEA Polimer Materialları İnstitutunun kimya üzrə elmlər doktoru, professoru Niyazi Rəsulzadə Türkiyədə ezamiyyətdə olmuşdur

12.07.2016 11:48 AM

AMEA Polimer Materialları İnstitutda 11 iyul 2016-cı il tarixində keçirilən Rəhbər Heyətin mülki müdafiə məşqinin yekun məlumatı

12.12.2017 3:52 PM

AMEA Polimer Materialları İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçiriləcək

12.12.2017 3:52 PM

AMEA Polimer Materialları İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

12.12.2017 3:52 PM

AMEA Polimer Materialları İnstitutunun Elmi Şurasın növbəti iclası keçirildi

11.11.2016 2:55 PM

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatları -2016"nı təqdim edib

21.11.2016 3:01 PM

Azərbaycan elminə ağır itki üz vermişdir

30.12.2016 10:01 AM

İnstitutunun alimləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub

10.01.2017 10:21 AM

AMEA Polimer Materialları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

18.06.2017 2:08 PM

AMEA Polimer Materialları İnstitutunda magistrantların semestr imtahanları keçirilir

19.01.2017 3:30 PM

Qanlı yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

02.02.2017 2:20 PM

AMEA Polimer Materialları İnstitutunun gənc əməkdaşı mükafatlandırılıb

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə AMEA Polimer Materialları İnstitutunda tədbir keçirilib

01.03.2017 3:43 PM

Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

15.03.2017 3:15 PM

Həmkarlar  İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib

16.03.2017 2:27 PM

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov “İlin alimi” Ali media mükafatına layiq görülmüşdür

25.04.2017 2:27 PM

"Polimer sintezi: nəzəriyyə və praktika" kitabı nəşr olunub

Genişləndirilmiş elmi seminarda dissertasiya işinin ilkin müzakirəsi keçirilib

01.05.2017 1:52 PM

Azərbaycan Respublikasında Texnologiya və İnnovasiya Dəstək Mərkəzlərinin (TİDM) inkişafına dair seminar

01.05.2017 4:05 PM

AMEA-nın m/ü, k.ü.e.d., prof. Bəxtiyar Məmmədov "Şərafli ömür yolu" fəxri diplomu ilə təltif edilib

08.05.2017 11:11 AM

AMEA-nın müxbir üzvü, texn.ü.e.d., professor Yavuz Rüstəmovun 84 yaşı tamam olub

10.05.2017 2:47 PM

İnstitutunun üzvi kimya sahəsində tanınmış alimi k.ü.e.d., professor Ağa Mustafayevin 75 yaşı tamam olub

11.05.2017 3:02 PM

İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Sevil Maşayevanın 40 yaşı tamam olub

İnstitutunun genişləndirilmiş Elmi Seminarında dissertasiya işinin ilkin müzakirəsi keçirilib

18.05.2017 3:28 PM

İnstitutunun əməkdaşları "Elektron test sistemi" üzrə treninqi uğurla başa vurub

25.05.2017 2:06 PM

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib

31.05.2017 2:41 PM

AMEA Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirildi

02.06.2017 3:57 PM

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci il üçün alınacaq kimyəvi reaktivlərin siyahısı

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci ildə Maddə - 221310, Lot-1; Lot-2;Lot-3; Lot-4  üzrə  lazım olan mal – materialların siyahısı

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci ildə Maddə - 225412, Lot – 1; Lot-2; Lot-3 üzrə lazım olan avadanlıqların siyahısı

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci ildə Maddə -225412, Lot-4 üzrə lazım olan "Odadavamlı kimyəvi şüşə qabların" siyahısı

05.06.2017 11:33 AM

AMEA Polimer Materialları İnstititutunun alimi Azərbaycan Respublikası  “Avropa Nəşr Mətbuat Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb

09.06.2017 10:39 AM

AMEA Polimer Materialları İnstitutunun Elmi Şurasının və elmi seminarının birgə iclası keçirilib

03.07.2017 10:57 AM

Beynəlxalq konfrans

04.07.2017 10:19 AM
Beynəlxalq elmi konfrans (Qomel, Belarus)

05.07.2017 11:34 AM

Beynəlxalq elmi konfrans (Bolqarıstan)

07.07.2017 10:42 AM

Genişləndirilmiş elmi seminarda dissertasiya işinin ilkin müzakirəsi keçirilib

13.07.2017 12:30 PM

AMEA əməkdaşlarına “Web of Science” üzrə sertifikatlar təqdim olunub

26.07.2017 10:14 AM

Ali media mükafatı

25.08.2017 11:56 AM

İnstitutunun aparıcı elmi işçisi  “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib

14.09.2017 3:15 PM

III Beynəlxalq Türk Dünyası konfransı keçirilib

28.09.2017 2:24 PM

Nelli İşenko Moskva şəhərində ezamiyyətdə olub

16.10.2017 2:28 PM

Niyazi Rəsul zadə Ankara şəhərində ezamiyyətdə olub

16.10.2017 4:02 PM

Məktəblilərin AMEA Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

25.10.2017 11:50 AM

Ümumi işlər üzrə direktor müavini Rauf Babayevin 70 yaşı tamam olub

26.10.2017 4:14 PM

AMEA Polimer Materialları İnstitutunda elmi seminar keçirilib

27.10.2017 4:13 PM

Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

30.10.2017 12:58 PM

İnstitutun elmi işçisi Aynurə Mıəmmədovanın dissertasiya işinin müdafiəsi keçirilmişdir

15.11.2017 4:32 PM

Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55 illik yubileyinə həsr olunan Beynəlxalq elmi konfrans işinə başlayıb

15.11.2017 4:49 PM

Kazım Quliyev elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub

16.11.2017 10:54 AM

“Xüsusi təyinatlı oliqomerlər və polimerlər” laboratoriyasının müdiri k.ü.f.d. Vaqif Cəfərovun 75 yaşı tamam olub

21.11.2017 3:48 PM

İnstitutda doktorluq imtahanı  keçirildi

24.11.2017 3:34 PM

Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

27.11.2017 2:43 PM

İnstitutuda illik hesabatların müzakirəsinə başlanıb

28.11.2017 3:00 PM

İnstitutda illik hesabatların keçirilməsi davam etdirilir

29.11.2017 3:35 PM

İnstitutunda illik hesabatların keçirilməsi davam edir

 

30.11.2017 3:50 PM

 

“Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük Beynəlxalq regional seminar keçirilib

01.12.2017 11:37 AM

İllik hesabatlar davam edir

01.12.2017 3:49 PM

İnstitutda Dissertasiya Şurasının iclası keçirilib

04.12.2017 2:13 PM

Hesabatlar davam edir

05.12.2017 3:15 PM

İnstitutunda illik hesabatların keçirilməsi davam edir

06.12.2017 2:16 PM

Hesabatlar sona çatdı

07.12.2017 3:51 PM

İstitututda genişləndirilmiş elmi seminar  keçirilib

 

 

 

 

 

 

 
 

Statistika
 

 
 

Saytlara qısa keçid
 

The site of President of Azerbaijan Republic

 
 

 

© 2012 Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu