AZE | RUS | ENG

Xəbərlər

AMEA-nın Polimer Materialları İnstitutunun keçmiş direktoru, Akademik, kimya elmləri doktoru, professor Ayaz Adil oğlu Əfəndiyev yüksək molekullu birləşmələr kimyası və kimyəvi kataliz sahələrində Azərbaycanın tanınmış alimlərindən biridir. O, 1938-ci il yanvarın 15-də Bakı şəhərində görkəmli jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyevin ailəsində dünyaya göz açmışdır. 1954-cü ildə Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin fakültəni bitirərək mühəndis-texnoloq diplomunu almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna təyinatla göndərilmişdir və orada əmək fəaliyyətinə kiçik elmi işçi vəzifəsində başlamışdır. 1960-cı ildə Moskva şəhərində L.Y.Karpov adına Fiziki kimya institutunun aspiranturasına daxil olmuş və akademik V.A.Karginin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra Azərbaycan Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində öz elmi fəaliyyətini davam etdirmişdir. 1965-ci ildə o, yeni yaradılmış Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna köçürülmüş və orada kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri və 1971-ci ildən «Polimer sorbentlər və katalizatorlar» laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

1982-ci ildə A.A.Əfəndiyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə ona professor elmi adı verilmişdir. 1987-ci ildən AMEA Polimer Materialları İnstitutunun direktoru və M.F.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun (hal-hazırda Kimya Problemləri İnstitutu) laboratoriya müdiri vəzifəsində çalışıb. 2001-ci ildə A.A.Əfəndiyev AMEA-nın müxbir üzvü seçilmiş və həmin ildən Kimya Elmləri Bölməsinin Akademik-katibi vəzifəsini icra edmişdir. 

Görkəmli alimlər akademik V.A.Kargin və akademik V.A.Kabanovun tələbəsi olmuş A.A.Əfəndiyev yüksəkmolekullu birləşmələr kimyası sahəsində tanınmış mütəxəssis olub. Onun tərəfindən kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır. Bu prinsiplər makromolekulların konformasiyasının, həmçinin zəncirlərdə və üçölçülü polimer karkasında funksional qrupların optimal vəziyyətinin yaranmasına əsaslanır. Polimerlərin morfoloji quruluşu ilə onların əsasında alınan sorbentlərin sorbsiya xassələri arasındakı qarşılıqlı əlaqə müəyyənləşdirilmişdir. Göstərilmişdir ki, makromolekulların kifayət qədər sərbəstlik dərəcəsinə malik olan çevik qlobulyar quruluşu sorbsiya olunan metal ionları və funksional qrupların vəziyyəti arasında fəza uyğunluğu əmələ gətirərək sorbentlərin yüksək selektivlik göstərməsi üçün zəmin yaradır. Sorbsiya proseslərinin kinetikasını müəyyənləşdirən yeni mərhələ - metalın sorbsiya olunması üçün əlverişli vəziyyət yaradan şişmiş polimer gelində seqmentlərin konformasiyalarının yenidən qurulma sürəti mərhələsi aşkar edilmişdir.

Kompleks əmələ gətirən polimer sorbentlər və metalpolimer kompleks katalizatorlar alınmasının yeni  prinsipi yaradılmış və tətbiq olunmuşdur. Prinsip polimer kompozisiyası hafizəsinin istifadəsinə əsaslanır və ilkin polimerin aktiv mərkəzlərinin sorbsiya olunan metal və yaxud karbohidrogen substratlarına sazlandırılması və sonradan molekullararası tikilmə yolu ilə məqsədəuyğun quruluş halında təsbit edilməsindən ibarətdir. Həmin prinsipdən istifadə etməklə fosforil, karboksil, piridin, amin və imin funksional qrupları olan yüksək sorbsiya və katalitik xassələrə malik yeni nəsl polimer sorbentlər və katalizatorlar alınmışdır. Bu sorbentlər və katalizatorlar müxtəlif sorbsiya proseslərində eləcə də bir sıra  karbohidrogenlərin oksidləşməsi və hidrogenləşməsi reaksiyalarında yüksək aktivlik və selektivlik nümayiş etdirmişlər.

A.A.Əfəndiyevin elmi fəaliyyətində digər bir istiqamət metalpolimer kompleks əsasında gel-immobilizə olunmuş katalitik sistemlərin alınmasıdır. Polivinilpiridin, polimetakril turşusu, polimetakrilamid və digər makroliqandlar kauçuk əsaslı polimerlərə calaq olunmuş və onların əsasında metal tərkibli gel-immobilizə olunmuş katalitik sistemlər sintez edilmişdir. Kauçuk əsaslı katalizatorların karbohidrogen mühitində yaxşı şişmə qabiliyyəti reagentlərin aktiv mərkəzlərə diffuziyasını xeyli asanlaşdırır. Bu katalizatorlar kimyəvi cəhətdən özlərini homogen katalizatorlar kimi aparır, çünki yüksək dərəcədə şişmiş polimerlərdə diffuziya sürəti mayelərdə diffuziya sürəti ilə müqayisə oluna bilər. Digər tərəfdən belə katalizatorlar heterogen katalizatorlar kimi reaksiya mühitindən asanlıqla ayrılıb təkrar istifadə oluna bilərlər. Gel-immobilizə olunmuş katalizatorların aşağı molekullu olefinlərin dimerləşməsində və sodimerləşməsində yüksək aktivliyə, selektivliyə və stabilliyə malik olması müəyyən edilmişdir.

A.A.Əfəndiyevin sənaye polimerlərinin modifikasiyası, yeni kompozisiya materiallarının yaradılması, sənaye tullantılarından səmərəli istifadəsi və kimyəvi ekologiya sahələrində apardığı tədqiqatlar da diqqətə layıqdir.

1994-1995-ci illərdə A.A.Əfəndiyev və onun rəhbərliyi altında bir qrup alim Beynəlxalq elm fondunun (Soros fondunun) qrantı üzrə apardıqları elmi tədqiqatları müvəffəqiyyətlə başa çatdırmışlar. 1997-2001-ci illərdə onun rəhbərliyi altında bir qrup  Azərbaycan alimləri və Piza Universiteti (İtaliya), Kral Texnologiya İnstitutu (Isveç, Stokholm), Bremen Universiteti (Almaniya), Russiya Elmlər Akademiyasının Üzvi-sintez İnstitutu və Ural Meşə-Texniki Akademiyası (Rusiya, Yekaterinburq) alimləri ilə birlikdə Beynəlxalq İNTAS fondunun qrantı üzrə müvəffəqiyyətlə müştərək elmi işi yerinə yetirmişlər. A.A.Əfəndiyev və onun rəhbərliyi altında bir qrup alim, Lund Universiteti (İsveç), Bohum Universiteti (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya) Rusiya Elmlər Akademiyasının Farmokologiya İnstitutu və Tiflis Dövlət Universiteti (Gürcustan) alimləri ilə birlikdə Beynəlxalq İNTAS fondunun qrant layihəsini hazırlamışlar.

A.A.Əfəndiyev 300-dən çox elmi əsərin, o cümlədən 30 ixtiranın və bir kitabın müəllifi olmuşdur. Onun əsərləri keçmiş SSRI-də, MDB ölkələrində, ABŞ-da, Almaniyada, Belçikada, İngiltərədə, İranda, İrlandiyada, İtaliyada, Yaponiyada, Kanadada, Koreya Respublikasında, Hollandiyada, Polşada, Rumıniyada, Türkiyədə, Fransada, Çexoslovakiyada, Çin Xalq Respublikasında dərc olunmuşdur, tanınmış beynəlxalq jurnallarda A.A.Əfəndiyevin əsərlərinə istinadlar olunmuşdur. Onun apardığı tədqiqatların nəticələri bir sıra dərsliklərdə, dərs vəsaitlərində, monoqrafiyalarda istifadə olunmuş və onlar Polimerlər ensiklopediyasına daxil edilmişdir.

A.A.Əfəndiyevin fəaliyyəti elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet Kimyaçılarının Milli Komitəsinin üzvü, SSRİ Elmlər Akademiyasının Yüksək Molekullu Birləşmələr üzrə, Kataliz üzrə və Xromotoqrafiya üzrə Elmi Şuralarının üzvü, SSRİ Dövlət Elm və Texnika Komitəsinin Membranlar üzrə Elmi Şuranın üzvü seçilmişdir.

A.A.Əfəndiyev YUNESKO-nun Fundamental Elmlər sahəsində Beynəlxalq Proqramlar üzrə Ekspert Komitəsini üzvü, Amerika Kimya cəmiyyətinin üzvü və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. O, Azərbaycan Elmlər Akademiyası Yüksəkmolekullu birləşmələr elmi şurasının sədri və Rusiya Elmlər Akademiyasının Yüksəkmolekullu birləşmələr elmi şurasının üzvü olmuşdur. A.A.Əfəndiyev "Azərbaycan kimya jurnalı" baş redaktorunun  müavini, "AMEA məruzələri" və "Azərbaycan neft təsərrüfatı" jurnallarının redaksiya heyətlərinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutunun nəzdindəki dissertasiya şurasının sədr müavini vəzifələrində çalışmışdır. O, Azərbaycan Dövlət Neft Akademiyasının "Yüksəkmolekullu birləşmələrin texnologiyası" ixtisası üzrə Dövlət imtahan komissiyasının sədri, bir sıra başqa elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur.

A.A.Əfəndiyevin rəhbərliyi altında 11 namizədlik və 1 doktorluq dissertasiyaları hazırlanmışdır.

A.A.Əfəndiyev dəfələrlə Azərbaycan elmini xaricdə ləyaqətlə təmsil etmişdir. O, ABŞ-da, Almaniyada, Belçikada, Bolqarıstanda, Çexoslovakiyada, Çin Xalq Respublikasında Fransada, Hollandiyada, İngiltərədə, İranda, İsveçdə, İtaliyada, Türkiyədə, Yaponiyada, Yunanıstanda elmi ezamiyyətlərdə olmuş, bu ölkələrdə elmi tədqiqatlar aparmış və plenar məruzələrlə beynəlxalq konqres, konfrans və simpoziumlarda çıxış etmişdir. O, bir çox simpoziumların beynəlxalq təşkilat komitələrinin həmsədri və üzvü seçilmiş, universitetlərdə, elmi mərkəzlərdə və şirkətlərdə mühazirələr oxumuş, Birləşmiş Millətlər Təşkilatının eksperti kimi Avstriya və Koreya Xalq Demokratik Respublikasında işləmişdir.

A.A.Əfəndiyev ABŞ-da nəşr olunmuş «Dünyada kim kimdir» məlumat kitabına və İngiltərədə dərc edilmiş Beynəlxalq bioqrafik lüğətə daxil edilmişdir.

A.A.Əfəndiyevin elmi və ictimai fəaliyyəti dəfələrlə təşəkkür və tərifnamə ilə qeyd edilmiş, o, «Şərəf Nişanı» ordeni, Azərbaycan Elmlər Akademiyasının Fəxri Fərmanı və Ankara Orta Şərq Texniki Universitetinin xatirə medalı ilə təltif olunmuşdur.

A.A.Əfəndiyev 19 noyabr 2007-ci ildə vəfat etmişdir.

 

 

 

 

 

 

 
Xəbər lenti
 

12.10.2012
Thomson Reuters Şirkəti innovasiyalara yol açır

01.11.2012 12:11 PM
"Monomerlərin və polimerlərin müasir problemləri"-nə həsr olunmuş konfrans başlandı

30.11.2012 12:11 PM

Beynəlxalq Polimer Kompozitlər Simpoziumu

11.02.2013 2:27 PM

Azərbaycan elminə ağır itgi üz vermişdir

22.04.2013 12:34 PM

İməcilik keçirilmişdir

29.04.2013 1:10 PM

AMEA-nın yeni Prezidentinə təbrik

29.04.2013 12:43 PM

İməcilik

02.05.2013 4:01 PM

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir

03.05.2013 4:04 PM

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir və sərgi

03.05.2013 4:06 PM

Gənclər arasında idman yarışları

27.05.2013 12:26 PM

Əsas vəsaitlərinin siyahısı – 2013

31.05.2013 10:17 AM

Yarışın nəticələri

21.06.2013 10:23 AM

AMEA-nın Akademiki A.A.Əfəndiyevin 75 illik yubileyinə həsr olunmuş konfrans

28.06.2013 4:31 PM

Konfrans barədə məlumat

01.07.2013 2:49 PM

Konfransın 2-ci günü

03.07.2013 1:10 PM

“Akademik Ayaz Əfəndiyev” adlı kitab nəşr olunmuşdur

12.07.2013 4:33 PM

Elmi əməkdaşlıq

15.07.2013 9:48 AM

Hesabat yığıncağı

16.07.2013 9:55 AM

3-cü Beynəlxalq seminar keçirilmişdir (Türkiyə)

10.09.2013 11:03 AM

3-cü Qafqaz Beynəlxalq Simpozium

02.10.2013 2:54 PM

"Qadın və inkişaf"mövzusunda konfrans

15.11.2013 3:58 PM

Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı

28.12.2013 1:04 PM

AMEA-nın Gənc alim və mütəxəssislər şurasının təsis konfransı keçirildi

16.02.2018 4:29 PM

20 Yanvar - Anım günü

16.02.2018 4:29 PM

Şərəfli alim ömrü

31.01.2014 2:14 PM

Gənclər günü münasibəti ilə tədbir

17.02.2014 10:46 AM

İnstitutda iməcilik keçirilmişdir

21.02.2014 10:21 AM

Ağır itki

21.02.2014 1:32 PM

AMEA-nın PMİ-də işçilərin attestasiyasının keçirilməsinə başlanılmışdır

24.02.2014 11:42 AM

Təbrik

26.02.2014 3:02 PM

AMEA-nın presidenti A.Əlizadənin “İstiqlal” ordeni ilə təltif olunması

26.02.2014 3:30 PM

İnstitutumuzda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

23.04.2014 12:33 PM

“Gənc alim və mütəxəssislər şurası”nın iclası

23.04.2014 3:12 PM

Əməkdaşlıq

29.04.2014 2:42 PM

Elmi-texniki proqramın tərtibi

07.05.2014 12:47 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ

22.05.2014 1:17 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 2

30.05.2014 10:20 AM

AMEA-ın Polimer Materialları İnstitutunda İnstitutun perspektivlərinin müəyyənləşdirilməsinə həsr olunmuş müşavirə

30.05.2014 11:43 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 3

02.06.2014 4:27 PM

PMİ-də BDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının filialı

09.06.2014 3:38 PM

Polimer Materialları İnstitutunda işçi qrupların görüşü

09.06.2014 3:43 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 4

17.06.2014 2:31 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 5

23.06.2014 4:10 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 6

02.07.2014 10:39 AM

AMEA-da seçkilər

03.07.2014 9:33 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 7

07.07.2014 3:57 PM

“Gənclərin Fəzavi Təfəkkürünü İnkişaf  Etdirən İntellektual Elmi Mərkəz”-in məlumatı

09.07.2014 10:56 AM

Ən yaxşı məruzə

09.07.2014 4:14 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 8

17.07.2014 3:43 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 9

23.07.2014 9:41 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 10

01.08.2014 9:32 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 11

15.09.2014 2:53 PM

AMEA PMİ-də Elmi Şuranın növbəti iclası keçirilmişdir

15.10.2014 11:43 AM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 12

31.10.2014 1:45 PM

GƏNCLƏRIN FƏZAVI TƏFƏKKÜRÜNÜ INKIŞAF ETDIRƏN INTELLEKTUAL ELMI MƏRKƏZ: MƏLUMAT 13

09.02.2015 4:02 PM

Treninq

26.02.2015 3:11 PM

Polimer Materialları İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

04.03.2015 2:55 PM

AMEA Polimer Materialları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir

06.03.2015 12:10 PM

Polimer Materialları İnstitutunda seminar keçirildi

10.04.2015 4:49 PM

Polimer Materialları İnstitutunda seminar keçirildi

07.05.2015 9:23 AM

Polimer Materialları İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümnə  həsr olunmuş  tədbir keçiriləcək

08.05.2015 9:45 AM

Polimer Materialları İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümnə  həsr olunmuş  tədbir keçirildi

08.05.2015 10:17 AM

D01.251 Dissertasiya Şurasının yaradılması

20.05.2015 11:56 AM

Polimer Materialları İnstitutunda növbəti elmi seminar

22.05.2015 10:06 AM

Polimer Materialları İnstitutunda növbəti elmi seminar keçirildi

08.06.2015 3:36 PM

Elmi ezamiyyət

10.06.2015 2:20 PM

AMEA PMİ-nin rəhbər heyətin mülki müdafiə məşqi

30.06.2015 2:20 PM

Dissertasiya Şurasının iclası

30.06.2015 3:44 PM

“Polikomtrib-2015” Beynəlxalq Elmi Konfransı

10.07.2015 3:47 PM

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov qızıl medalla təltif edildi

02.11.15 10:29 AM

Polimer Materialları İnstitutunun gənc elmi işçisi Beynəlxalq Konqresdə iştirak etmişdir

03.11.2015 11:05 AM

Polimer Materiallar İnstitutunda AMEA-nın 70 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik” mövzusunda  elmi seminar keçirildi

11.11.2015 11:17 AM

AMEA PMİ-də Elmi Şuranın növbəti iclası keçirilmişdir

23.11.2015 11:27 AM

“Əqli Mülkiyyətin Mühafizəsi” mövzusunda seminar

25.11.2015 11:32 AM

Polimer Materialları İnstitutunda növbəti elmi seminar keçirildi

01.12.2015 11:36 AM

Polimer Materialları İnstitutunda illik hesabatlar keçirilir

02.12.2015 1:00 PM

Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsi davam etdirilir

03.12.2015 1:03 PM

Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsi davam etdirilir

04.12.2015 1:04 PM

Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsi davam etdirilir

04.12.2015 2:05 PM

AMEA Polimer Materialları İnstitutuvakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

07.12.2015 1:05 PM

Hesabatlar davam edir

08.12.2015 11:52 AM

AMEA Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirildi

08.12.2015 2:29 PM

Hesabatlar davam edir

09.12.2015 2:35 PM

Hesabatlar davam edir

09.12.2015 3:16 PM

Məktəblilər AMEA-nın yubileyinə həsr edilən sərgi ilə tanış olublar

11.12.2015 12:33 PM

Akademik Akif Əzizov orta məktəb şagirdlərinə dərs keçib

30.12.2015 1:00 PM

AMEA Polimer Materialları İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin  əməkdaşının elmi məruzəsi dinlənildi

19.01.2016 1:40 PM

Qanlı yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

04.02.2016 1:55 PM

Polimer Materialları İnstitutunun elmi işçisi “İlin gənc ixtiraçı alimi” Fəxri Fərmanı ilə təltif edilib

17.02.2016 1:23 PM

Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib

29.02.2016 2:41 PM

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

01.03.2016 2:42 PM

Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi

09.03.2016 2:11 PM

AMEA Polimer Materialları İnstitutunun elmi katibi k.ü.f.d.  Solmaz Rzayeva  Fəxri Fərmanla təltif olundu

15.04.2016 4:13 PM

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

20.05.2016 2:49 PM

AMEA PMİ laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə Biologiya və Tibb Elmləri Bölməsinin büro iclasında məruzə ilə çıxış etdi

03.06.2016 3:50 PM

AMEA Polimer Materialları İnstitutunda doktorant və dissertantların doktorluq imtahanı keçirildi

24.06.2016 9:36 AM

İnstitut əməkdaşının oğlu çempion oldu

 

01.07.2016 11:52 AM

AMEA Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub

 

04.07.2016 12:02 PM

AMEA Polimer Materialları İnstitutunun kimya üzrə elmlər doktoru, professoru Niyazi Rəsulzadə Türkiyədə ezamiyyətdə olmuşdur

12.07.2016 11:48 AM

AMEA Polimer Materialları İnstitutda 11 iyul 2016-cı il tarixində keçirilən Rəhbər Heyətin mülki müdafiə məşqinin yekun məlumatı

29.08.2016 4:16 PM

AMEA-nın müxbir üzvi Mustafa Salahovun 85 yaşı tamam olub

19.10.2016 3:33 PM

AMEA Polimer Materialları İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçiriləcək

21.10.2016 3:39 PM

AMEA Polimer Materialları İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

07.11.2016 3:54 PM

AMEA Polimer Materialları İnstitutunun Elmi Şurasın növbəti iclası keçirildi

11.11.2016 2:55 PM

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatları -2016"nı təqdim edib

21.11.2016 3:01 PM

Azərbaycan elminə ağır itki üz vermişdir

30.12.2016 10:01 AM

İnstitutunun alimləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub

10.01.2017 10:21 AM

AMEA Polimer Materialları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

18.06.2017 2:08 PM

AMEA Polimer Materialları İnstitutunda magistrantların semestr imtahanları keçirilir

19.01.2017 3:30 PM

Qanlı yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

02.02.2017 2:20 PM

AMEA Polimer Materialları İnstitutunun gənc əməkdaşı mükafatlandırılıb

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə AMEA Polimer Materialları İnstitutunda tədbir keçirilib

01.03.2017 3:43 PM

Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

 

09.03.2017 1:29 PM

 

"Təhsil Şöbəsi"nin müdiri k.ü.f.d. Almaz Çələbiyevaya şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub

15.03.2017 3:15 PM

Həmkarlar  İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib

16.03.2017 2:27 PM

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov “İlin alimi” Ali media mükafatına layiq görülmüşdür

25.04.2017 2:27 PM

"Polimer sintezi: nəzəriyyə və praktika" kitabı nəşr olunub

Genişləndirilmiş elmi seminarda dissertasiya işinin ilkin müzakirəsi keçirilib

01.05.2017 1:52 PM

Azərbaycan Respublikasında Texnologiya və İnnovasiya Dəstək Mərkəzlərinin (TİDM) inkişafına dair seminar

01.05.2017 4:05 PM

AMEA-nın m/ü, k.ü.e.d., prof. Bəxtiyar Məmmədov "Şərafli ömür yolu" fəxri diplomu ilə təltif edilib

08.05.2017 11:11 AM

AMEA-nın müxbir üzvü, texn.ü.e.d., professor Yavuz Rüstəmovun 84 yaşı tamam olub

10.05.2017 2:47 PM

İnstitutunun üzvi kimya sahəsində tanınmış alimi k.ü.e.d., professor Ağa Mustafayevin 75 yaşı tamam olub

11.05.2017 3:02 PM

İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Sevil Maşayevanın 40 yaşı tamam olub

İnstitutunun genişləndirilmiş Elmi Seminarında dissertasiya işinin ilkin müzakirəsi keçirilib

18.05.2017 3:28 PM

İnstitutunun əməkdaşları "Elektron test sistemi" üzrə treninqi uğurla başa vurub

25.05.2017 2:06 PM

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib

31.05.2017 2:41 PM

AMEA Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirildi

02.06.2017 3:57 PM

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci il üçün alınacaq kimyəvi reaktivlərin siyahısı

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci ildə Maddə - 221310, Lot-1; Lot-2;Lot-3; Lot-4  üzrə  lazım olan mal – materialların siyahısı

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci ildə Maddə - 225412, Lot – 1; Lot-2; Lot-3 üzrə lazım olan avadanlıqların siyahısı

AMEA-nın Polimer Materialları İnstitutuna 2017-ci ildə Maddə -225412, Lot-4 üzrə lazım olan "Odadavamlı kimyəvi şüşə qabların" siyahısı

05.06.2017 11:33 AM

AMEA Polimer Materialları İnstititutunun alimi Azərbaycan Respublikası  “Avropa Nəşr Mətbuat Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb

09.06.2017 10:39 AM

AMEA Polimer Materialları İnstitutunun Elmi Şurasının və elmi seminarının birgə iclası keçirilib

03.07.2017 10:57 AM

Beynəlxalq konfrans

04.07.2017 10:19 AM
Beynəlxalq elmi konfrans (Qomel, Belarus)

05.07.2017 11:34 AM

Beynəlxalq elmi konfrans (Bolqarıstan)

07.07.2017 10:42 AM

Genişləndirilmiş elmi seminarda dissertasiya işinin ilkin müzakirəsi keçirilib

13.07.2017 12:30 PM

AMEA əməkdaşlarına “Web of Science” üzrə sertifikatlar təqdim olunub

26.07.2017 10:14 AM

Ali media mükafatı

25.08.2017 11:56 AM

İnstitutunun aparıcı elmi işçisi  “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib

14.09.2017 3:15 PM

III Beynəlxalq Türk Dünyası konfransı keçirilib

28.09.2017 2:24 PM

Nelli İşenko Moskva şəhərində ezamiyyətdə olub

16.10.2017 2:28 PM

Niyazi Rəsul zadə Ankara şəhərində ezamiyyətdə olub

16.10.2017 4:02 PM

Məktəblilərin AMEA Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

25.10.2017 11:50 AM

Ümumi işlər üzrə direktor müavini Rauf Babayevin 70 yaşı tamam olub

26.10.2017 4:14 PM

AMEA Polimer Materialları İnstitutunda elmi seminar keçirilib

27.10.2017 4:13 PM

Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

30.10.2017 12:58 PM

İnstitutun elmi işçisi Aynurə Mıəmmədovanın dissertasiya işinin müdafiəsi keçirilmişdir

15.11.2017 4:32 PM

Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55 illik yubileyinə həsr olunan Beynəlxalq elmi konfrans işinə başlayıb

15.11.2017 4:49 PM

Kazım Quliyev elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub

16.11.2017 10:54 AM

“Xüsusi təyinatlı oliqomerlər və polimerlər” laboratoriyasının müdiri k.ü.f.d. Vaqif Cəfərovun 75 yaşı tamam olub

21.11.2017 3:48 PM

İnstitutda doktorluq imtahanı  keçirildi

24.11.2017 3:34 PM

Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

27.11.2017 2:43 PM

İnstitutuda illik hesabatların müzakirəsinə başlanıb

28.11.2017 3:00 PM

İnstitutda illik hesabatların keçirilməsi davam etdirilir

28.11.2017 3:33 PM

Şeyx Həsinə

29.11.2017 3:35 PM

İnstitutunda illik hesabatların keçirilməsi davam edir

 

30.11.2017 3:38 PM

 

Karri

 

30.11.2017 3:50 PM

 

“Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük Beynəlxalq regional seminar keçirilib

01.12.2017 11:37 AM

İllik hesabatlar davam edir

01.12.2017 3:49 PM

İnstitutda Dissertasiya Şurasının iclası keçirilib

04.12.2017 2:13 PM

Hesabatlar davam edir

05.12.2017 3:15 PM

İnstitutunda illik hesabatların keçirilməsi davam edir

06.12.2017 2:16 PM

Hesabatlar sona çatdı

07.12.2017 3:51 PM

İstitututda genişləndirilmiş elmi seminar  keçirilib

20.12.2017 2:36 PM

İnstitutun “Polimerlərə kimyəvi əlavələr və polimer gellər” laboratoriyasının müdiri, k.ü.e.d. Əliverdi Kərimovun 80 yaşı tamam olub

24.12.2017 3:47 PM

Daş dövründən dostluq

Ayın dərinliyində su

26.12.2017 2:24 PM

AMEA-nın m/ü., k.ü.e.d., prof.  Valeh Cəfərov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

27.12.2017 4:31 PM

Həmkarlar  İttifaqı Komitəsinin yeni sədri seçilib

 

29.12.2017 2:37 PM

AMEA PMİ-nin baş mühəndisi  k.ü.f.d. Tahir Alxazovun 65 yaşı olub

29.12.2017 4:52 PM

AMEA Polimer Materialları İnstitutunda ilin son Elmi Şurası keçirilib

09.01.2018 3:34 PM

Yüksəkmolekullu birləşmələr kimyası sahəsində tanınmış alim k.ü.e.d, professor Niyazi Rəsulzadənin 70 yaşı tamam olub

 

15.01.2018 12:20 PM

 

Ayaz Efendiyev-80

 

16.01.2018 3:20 PM

 

Ayaz Əfəndiyevin 80 illik yubileyi qeyd olunub

 

17.01.2018 3:28 PM

 

Polimer Materialları İnstitutu 2018-ci il üçün dissertanturaya qəbul elan edir

 

19.01.2018 3:39 PM

 

Qanlı 20 yanvar

 

19.01.2018 4:07 PM

 

Qanlı yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

 

22.01.2018 3:21 PM

 

“Aqrokimya təyinatlı polimer materiallar”  laboratoriyasının müdiri, k.ü.f.d. Əmiraslan Qaramanovun 70 yaşı tamam olub

 

22.01.2018 4:21 PM

 

AMEA Polimer Materialları İnstitutunda magistrantların semestr imtahanları keçirilir

 

05.02.2018 4:19 PM

 

İnstitutun gənc əməkdaşı mükafatlandırılıb

 

09.02.2018 1:14 PM

 

AMEA Polimer Materialları İnstitutu tərəfindən açıqlama

 

14.02.2018 3:35 PM

 

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirilib

 

15.02.2018 3:47 PM

 

İnstitutda doktoranturaya qəbul imtahanı keçirilib

 

 
 

Statistika
 

 
 

Saytlara qısa keçid
 

The site of President of Azerbaijan Republic

 
 

 

© 2012 Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu